Ana səhifə
24 Yanvar 2018

Bərdə və Masallıda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə iyunun 6-da Bərdədə, iyunun 7-də isə Masallıda sahibkarlar üçün treninqlər keçirilib. Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninqərdə istehsal sahələrində biznesin səmərəli təşkili, brendləşmənin xüsusiyyətləri, investisiya təşviqi sənədinin alınması üçün biznes planın tərtibinə dair metodiki tövsiyələr, təsdiqedici sənədin verilməsi qaydaları və s. barədə geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, həmçinin sahibkarların şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

Tarix
7 İyun 2017 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ