Benzin çay kimi axdı, camaat isə... – VİDEO

13:30 - 2 İyun 2017 - HADİSƏ

Sosial şəbəkədə yanacaq daşıyan yük maşınından benzin götürən insanlar hər kəsin heyrətinə səbəb olub. Ucnoqta.az-ın missiya-ya istinadən verdiyi məlumata görə, videonun Azərbaycanın qərb bölgəsində çəkildiyi ehtimal edilir. Görüntülərdə tonlarla benzin daşıyan yük maşınından  yanacağın yerə töküldüyü öz əksini tapıb. Yerli sakinlər isə bundan istifadə edir və heç bir təhlükəsizlik tədbiri görmədən yerə axan benzini qablara doldururlar. Hətta sakinlər bir-birilərinə siqaret yandırmamaq barədə xəbərdarlıq da edirlər. Çənin niyə deşildiyi məlum deyil.

 

Xəbər xətti