Bu qadının evindən 30 ton zibil, 15 pişik leşi çıxdı - FOTO

11:41 - 1 İyun 2017 - MARAQLI

Bu gün evində 30 ton zibil saxlayan və 80-dən çox heyvanın bağçasında yaşamasına şərait yaradan qadın hakim qarşısına çıxarılıb. Məhkəmə tərəfindən 61 yaşlı Elizabet Blor və onun qardaşı Krisə pişik saxlamaq qadağası qoyulub və yüksək məbləğdə pul ilə cərimələnib. Bu qərar qadının Londonun şimal qərbində yerləşən Kinqsböridəki evindən 30 ton zibil tapılmasından sonra verilib. İkili ilk dəfə 2012-ci ildə qonşuları tərəfindən polisə şikayət edilib və onlar evdən çıxarılıblar. Təmizlikçilər evi təmizləmək üçün təxminən 3 ay işləyiblər. Təmizlik əsnasında zibillərin arasından təxminən 15 pişik sümüyü tapılıb. (milli.az)


Xəbər xətti