Ana səhifə
20 Yanvar 2018

Məşhur xanım: "Nə deyirlər desinlər, vecimə deyil" - FOTO

"Məktəbdə oxuyanda da kök, gombul idim. Sinif yoldaşlarım məni ələ salır, aşağılayırdılar. Hər gün necə kifir, kök olmağım barədə onlardan pis sözlər eşidirdim. Onlar məni təhqir edir, deyirdilər: "Çəkilin, yük maşını gəlir!"

Dünyanın ən məşhur plus-size modellərindən olan amerikalı Eşli Qrem People Now jurnalına verdiyi müsahibəsində belə deyib. Bu yaxınlarda "A New Model: What Confidence, Beauty and Power Really Look Like" adlı kitabı satışa çıxarılmış 29 yaşlı model jurnal üçün fotosessiyaya da çəkilib. E.Qremin dediyinə görə, məktəbdə oxuduğu illərdə sinif yoldaşlarının təzyiqlərinə və təhqirlərinə dözmək çox çətindi: "Lakin sonradan anladım ki, bütün bunların səbəbi paxıllıqdır. Onlar uğurlarımla barışa bilmirdilər. Model kimi fotosessiyalara çəkilməyə başlayanda onlar mənə deyirdilər: "Səndən model olar? Sən çox köksən!" Üstəlik, atam da məni bəyənmirdi. O, həmişə mənə kök, ağılsız, axmaq olduğumu deyirdi. Model kimi məşhurlaşandan sonra belə o, arıqlamalı olduğumu söyləyirdi. Ən pis hisslər keçirdiyim gün isə atamın agentimlə danışanda "Hə, qızım arıqlamalıdır" deməsi oldu". Eşli Qremin dediyinə görə, onu indi də sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da tənqid və təhqir edirlər. "Çimərlikdə olanda mənə baxırlar. Amma artıq vecimə almıram. Vücudumu bəyənirəm və kiminsə fikrinə görə özümü dəyişmək niyyətində deyiləm", - Eşli Qrem söyləyib.(milli.az)

Tarix
31 May 2017 [12:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ