Sevgilisinin 400 minlik "Ferrari"sini yük maşınına çırpdı - FOTO

14:53 - 26 May 2017 - HADİSƏ

İspaniyanın məhşur kurort zonalarından sayılan İbiçada, Avstriya vətəndaşı olan 25 yaşlı qız, sevgilisinin 400 min funtsterlinq dəyərində olan "Ferrari"si ilə yük maşınına çırpılıb. Ucnoqta.az Dailymail-yə istinadən xəbər verir ki, qəzadan sonra cütlük adanı tərk edib. Qəza ilə bağlı baş verən fəsadları aradan qaldırılmasını öz yaxınına tapşırıb. Sevgililər hava limanın üz tutublar. Onlar Londonda yaşayan səudiyyə ərəbistanlı cavan sakinə məxsus təyyarə ilə qaçmaq istərkən qız polis tərəfindən təyyarənin göyərtəsində yaxalanıb. Polis tərəfində aparılan test zamanı məlum olub ki, qız sərxoş və narkotik qəbul edibmiş, üstəlikdə sürücülük hüququna malik deyilmiş. O, tezliklə məhkəmə qarşısına çıxarılacaq. Məlumata görə, hadisədən sonra sevgilisi İspaniyyanı tərk edib.

Namiq 


Xəbər xətti