"Məni bağışla" deyib 22 nəfəri öldürdü - FOTO

11:25 - 26 May 2017 - HADİSƏ

Üç gün öncə İngiltərənin Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı terror olub. Salman Abedi adlı 22 yaşlı liviya əsilli terrorçu üzərinə bağladığı evdə hazılanmış bombanı Mançester Arena ilə qatar stansiyasınına arasındakı ərazidə partladıb. Nəticədə 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Onlardan 59-u şikəst qalıb. Terakta görə, İŞİD məsuliyyəti öz üzərinə götürüb. Terrorçunun partlayışdan 15 dəqiqə öncə kimə zəng etdiyi məlum olub. O, anasına zəng edib və son sözü "Məni bağışla", - olub.(milli.az)

Xəbər xətti