LADA-nın “Transformers”i hazırlandı – VİDEO

15:48 - 25 May 2017 - AVTO

Rusiyada yaşayan Gennadi Koçerga və Sergey Koçerga adlı ata və oğul “LADA (VAZ) 2110” model avtomobildən dünyaca məşhur olan “Transformers” filmindəki robotun bənzərini yaradıblar. Sözügedən robot-avtomobildə filmdə olduğu kimi silah da yerləşdirilib. Ata Gennadi Koçerga bildirib ki, sözügedən ideya Sinqapura səfər zamanı yaranıb: “Sinqapura səfər etmişdim. Həmin vaxtı oradan “Transformers” oyuncağı alıb gətirdim. Daha sonra həmin oyuncağa baxaraq, bunu avtomobil üzərində sınaqdan keçirdim. Oğlum Sergeylə təqribən 6 ay sözügedən robot-avtomobilin üzərində çalışdıq. Hesab edirəm ki, kifayət qədər uğurlu alınıb”. Gennadi Koçerga sözügedən robot-avtomobilə “Optimus Gennadieviç Praimov” adı verdiyini söyləyib: “Hazırladığımız “Transformers”-ə maraq böyükdür, hər kəsin diqqətini çəkir. Yəqin ki, gələcək aylarda 2 avtomobilin də robotunu yaratmaq mümkün olacaq”. (publika.az)

 

Xəbər xətti