Futbol oynayan filə görə yol bağlandı - VİDEO

12:59 - 25 May 2017 - MARAQLI

Hindistanın Assam ştatında yoldan keçən insanlar qəribə bir hadisənin şahidi olublar. Yaxşı əhvalda olduğu görünən fil plastik konteynerlə futbol oynayırdı. Heyvanın öz oyununa o qədər başı qarışmışdı ki, hətta ora toplaşan insanlara da fikir vermirdi. Yarım saat ərzində yol bağlı olub, sürücülərə isə oyunu izləməkdən başqa yol qalmayıb. (faktxeber)

 

Xəbər xətti