İtaliyada qatarların hərəkəti dayandırıldı - Bomba həyəcanı

16:32 - 24 May 2017 - DÜNYA

İtaliyanın Abrutso vilayətində dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Trend-in məlumatına görə, buna səbəb dəmir yolu işçilərinin Montesilvani və Silvi şəhərləri arasında yerləşən xəttdə içərisində məftillər olan sellofan paket aşkar etmələri olub.
Hazırda həmin bölgəyə giriş-çıxış bağlanıb.
Hadisə yeri polisin nəzarətinə götürülüb, paketin araşdırılması üçün xüsusi briqada gözlənilir.

Xəbər xətti