Melanya Tramp yenidən ərini pis vəziyyətdə qoyub – VİDEO

12:08 - 24 May 2017 - MARAQLI

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı yenidən onun əlini tutmaqdan imtina edib. İnsident Amerika təyyarəsi Roma şəhərinə eniş etdikdən sonra qeydə alınıb. Kadrlardan görünür ki, ABŞ prezidenti həyat yoldaşının əlindən tutmaq istəyir. Lakin Melanya onun bu hərəkətinə məhəl qoymur və saçını düzəltməyə başlayır. Bənzər hadisə bir gün əvvəl ər və arvadın İsrail səfəri zamanı da baş vermişdi. Həmin zaman qırmızı xalı üzərində hərəkət edən birinci ledi ərinin ona uzatdığı əlini vuraraq kənara itələmişdi.(report)

 

Xəbər xətti