Türkiyə ilə Azərbaycan gömrük sahəsində birgə komitə yaradır

12:00 - 24 May 2017 - İQTİSADİYYAT

Türkiyə Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycanın Dövlət Gömrük Komitəsi birgə komitə yaradır. "APA-Economics" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən qurumlar tərəfindən gömrük sahəsində fəaliyyət göstərəcək birgə komitənin yaradılmasına dair imzalanan memorandumu təsdiqləyib.
Prezidentin mətbuat xidməti bildirir ki, sənəd imzalandıqdan sonra Nazirlər Kabinetinə göndərilib.

Xəbər xətti