Elmar Məmmədyarov Nyu-Yorka gedib

09:57 - 24 May 2017 - Xəbər

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.XİN-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər əsnasında E.Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.

Xəbər xətti