Bakı-2017: İdman gimnastikası yarışlarında qalib komandalar mükafatlandırılıb

13:10 - 14 May 2017 - İDMAN

Bu gün Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarının komanda hesabında qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə medalları kişilərdən ibarət komandalara Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe, qadınlardan ibarət komandalara isə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət yığması qızıl, kişilərdən ibarət komandası isə gümüş medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbər xətti