Yeni nəsil reaktiv təyyarə alındı - FOTO

16:52 - 10 May 2017 - ÖLKƏ İÇİ

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub.


Xəbər xətti