Bakı-2017: Türkiyənin kişi və qadın həndbolçuları qalib gəldilər

15:33 - 10 May 2017 - İDMAN

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçular arasında yarışlar davam edir.“B” qrupunda Türkiyə və İraqın kişi həndbolçuları qarşılaşıblar. Birinci hissədə iraq idmançıları üstün olsa da (19:17), yekun nəticə türkiyəlilərin xeyrinə olub - 35:33.
Türkiyənin qadın həndbolçuları isə kamerunlu rəqiblərini 33:31 hesabı ilə məğlubiyyətə uğradıblar.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Xəbər xətti