Sabaha olan hava məlumatı açıqlanıb- 32° isti

12:11 - 9 May 2017 - ÖLKƏ İÇİ

Mayın10-da Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 14-16° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti,  dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.  

Xəbər xətti