Bakının mərkəzində “Gelandewagen” binaya çırpıldı – FOTO

16:35 - 5 May 2017 - HADİSƏ

Bakının mərkəzində “Gelandewagen” markalı avtomobil qəza törədib. Hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.  İlkin məlumata görə, qəzaya səbəb yola çıxan piyada olub. Sürətlə hərəkət edən “Gelandewagen” piyadanı vurmamaq üçün avtomobili yoldan kənara çıxarıb. Nəticədə avtomobil yolun kənarındakı binanın divarına çırpılıb.  Qəza nəticəsində ölən və yaralananın olmadığı bildirilir. Hadisə yerindən fotoları təqdim edirik:

\"\"
 
\"\"
 
\"\"

(Baku.ws) 

Xəbər xətti