Ana səhifə
26 Sentyabr 2018

“CinemaPlus”da “Nazlı” filminin qala-gecəsi baş tutub

 “Ganjlik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında “Nazlı” romantik komediya filminin qala-gecəsi baş tutub. Film “Zaratustra Film” kinoşirkəti tərəfindən çəkilib. 
Filmin quruluşçu-rejissoru  - Rəhman Rafiqoğlu, ssenari müəllifləri – Rəhman Rafiqoğlu və Tural Fitət, quruluşçu-operator – Əli Sultanov, bəstəkar – Səid Qəni, baş prodüserlər – Murad Məhərrəmli və Əli Cavadov.   
Baş rolları Dövlət akademik milli dram teatrının aktyoru Ülvi Həsənli və gənc aktyor Xumar Səlimova. Filmdə həmçinin xalq artistləri Mabud Məhərrəmov, Arif Quliyev, Fuad Poladov, Rasim Balayev, əməkdar artistlər Mehriban Xanlarova, Naidə Orucova və Fərid Əliyev, aktyorlar Qorqud Cəfərli, Eldar Bağırbəyov, Azər Aydəmir və başqaları rol oynayıblar.  
Filmin sujetində oliqarx qızı olan, ərköyün Nazlı haqqında danışılır. Qızının şıltaqlığından və daimi əhvalatlarından bezən atası, onu ilk rast gələnə ərə vermək qərarı verir. Həmin adam yüksəkmərtəbəli binaların tikintisində fəhlə işləyən, kənd oğlanı İsmayıl olur. Nazlı əlbəttə ki, bu qərardan qəzəblidir, lakin atasının qərarına əks gedə bilmir, çünki əks halda atası onu var-dövlətdən məhrum edə bilər. Nazlı öz nişanlışısının kəndinə gedir, harada ki, İsmayılın zülmkar xalasının əlinə düşür...  Qayğısız şəhər həyatının əvəzinə adi ağır kənd günləri başlayır... Lakin Nazlı hələ də xilas olmağa ümid edir və öz ağ atlı şahzadəsini gözləyir... 
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

Tarix
28 Aprel 2017 [13:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin