Bakıda minik avtomobili qəzaya uğrayıb

08:56 - 27 Aprel 2017 - HADİSƏ

Bakıda yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Lada” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:49-da başa çatıb.

Xəbər xətti