60 yaşında 5-ci dəfə evlənən azərbaycanlı polkovnik: "Xoşbəxtəm..." - FOTO

12:02 - 26 Aprel 2017 - Xəbər

Dünən ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin toyu olub. Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, Əzizağa Qənizadənin toy mərasimində tanınmış insanlar, hərbçilər iştirak edib. Hazırda ehtiyatda olan polkovnikin 60 yaşı var. Qeyd edək ki, bu, Əzizağa Qənizadənin 5-ci evliliyidir. O, özündən xeyli cavan xanımla ailə qurub.Sayt ehtiyatda olan polkovniklə əlaqə saxlayaraq xoş gün münasibətilə təbrik edib. Əzizağa Qənizadə onu təbrik edən hər kəsə minnətdarlığını bildirib.
“Hər kəsə öz təşəkkürümü bildirirəm. Düzü, hamını dəvət etməyə utandım. Allah hamıya kömək olsun. Əvvəllər evli olmuşam. Lakin neçə illər idi ki, subay idim. İllərdən sonra xoşbəxtliyimi bərpa etdim”.
Xatırladaq ki, Əzizağa Qənizadə uzun döyüş yolu keçib. O, Əfqanıstanda və Qarabağ döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub.

Xəbər xətti