Bakıda “BMW” 4 piyadanı vurdu: ölən və yaralananlar var

11:20 - 26 Aprel 2017 - HADİSƏ

Bakıda avtomobil 4 piyadanı vurub. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 8:05-də Nizami rayonu Qara Qarayev prospekti 1 ünvanının qarşısında baş verib. “BMW” markalı, 10 BK 434 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı, 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlunu vurub. 63 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Digər şəxslər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti