Dənizdən tapılan meyitin kimliyi bəli oldu

12:07 - 10 Aprel 2017 - HADİSƏ

Aprelin 9-u Xəzərdə tapılan kişi meyitinin kimə aid olduğu təxmini müəyyənləşdirilib. Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən lent.az-a bildirilib ki, həmin kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən Bəhrəmov Cavidə məxsus olduğu təxmin edilir. Bildirilib ki, qohumları tərəfindən təxmini tanınan meyitin nümunələri genetik ekspertizaya göndərilib və dəqiq nəticə bundan sonra bilinəcək. Ondan sonra meyit ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, C.Bəhrəmov operator vəzifəsində çalışırdı.

Xəbər xətti