Rusiyada daha bir partlayış

11:49 - 6 Aprel 2017 - DÜNYA

Rusiyanın Rostov-Don şəhərində partlayış olub.Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər kişi xəsarət alıb. Partlayış şəhər məktəblərinin birinin yaxınlığında baş verib. Küçənin təmizliyinə baxan şəxs naməlum əşyanı götürərkən partlayış baş verib. İlkin məlumata görə, o, qarnından xəsarətlər alıb. Ərazi polis tərəfindən nəzarətə götürülüb. 

Xəbər xətti