Hamiləlik Beyonsa problem yaradıb - FOTO

14:30 - 29 Mart 2017 - MAQAZİN

Hamilə olduğundan artıq çəki alan pop-diva Beyons kameralardan gizlənmək qərarına gəlib. Hamilə olmasından məmnun olan ifaçı artıq çəki almasından o qədər də xoşbəxt deyil. Bu səbəbdən o,  təklif olunan dəvətlərin hər birini rədd etmək məcburiyyətində qalıb. Qərb mətbuatının yazdığına görə, hazırda hamiləliyinin ikinci ayında olan müğənni doğuşa kimi kameralardan uzaq qalmağa çalışacaq. Kökəlməyə meylli olan ulduzun hamiləlik müddətində saxladığı bütün pəhrizlərdən imtina etdiyi də deyilir.

Qeyd edək ki, Beyons reper Cey Zi ilə evlidir. Onları Blu Ayvi adlı bir qız övladı var. Müğənni hamilədir. Onun əkiz övladı dünyaya gələcək. // istipress


Xəbər xətti