Sabirabadda 3 otaqlı evdə partlayış olub

10:36 - 22 Mart 2017 - HADİSƏ

Sabirabadda evdə partlayış olub.Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Sabirabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti