Azərbaycan millisi iki futbolçu itkisi ilə üzləşib

11:11 - 21 Mart 2017 - İDMAN

Azərbaycan milli komandası Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində iki futbolçu itkisi ilə üzləşib. Ucnoqta.az-ın "report"a istinadən məlumatına görə, "Neftçi"dən dəvət edilmiş Ruslan Abışov və Namik Ələskərov zədəli olduqları üçün millinin düşərgəsindən ayrılıblar.
Onlar hazırda təlim-məşq toplanışında olan komandanı tərk ediblər. Bununla da millidə "Neftçi"nin heç bir oyunçusu qalmayıb.
Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Xəbər xətti