Təyyarələr havada toqquşdu - Ölən və yaralananlar var

10:06 - 18 Mart 2017 - HADİSƏ

Kanadanın Monreal şəhərində iki yüngülmotorlu “Cessna 152" təyyarəsi havada toqquşub. Ucnoqta.az publika.az-a istinadən xəbər verir ki, pilotlardan biri ölüb, digəri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, təyyarələrdən biri ticarət mərkəzinin damına, digəri isə yaxınlıqdakı avtomobil dayanacağına düşüb. İnsanlar ticarət mərkəzindən dərhal təxliyə edilib, iki nəfərin xəsarət aldığı bildirilir.
Qəzanın səbəbləri müəyyənləşdirilir.

Xəbər xətti