Tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir

17:43 - 14 Mart 2017 - KİVDF

Bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına cevrilib

Azərbaycanda tolerantlığın qorunub saxlanması, təşviqi, dini etiqad azadlığının təmin olunması istiqamətində dövlətin yürütdüyü siyasi kurs, görülən işlər həmişə yüksək qiymətləndirilib. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dini dözümlülük ənələrinin, dinlərarası dialoqun bərpa edilməsi, təbliği və təşviqi istiqamətində Azərbaycan hökümətinin ölkədaxili və beynəlxalq aləmə yönəlik fəaliyyəti, xüsusilə, ulu öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm  sahəsində həyata keçirdiyi ardıcıl siyasət əsas rol oynayıb. Əlbəttə ki, ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi multikulturalizmin banisidir. Dəfələrlə qeyd edilib ki, multikultural dəyərlər Azərbaycan xalqına tarixən xas olan keyfiyyətlərdir. Tolerantlıq, multikulturalizm Heydər Əliyev tərəfindən dövlətçiliyimizin ideoloji əsaslarından birinə çevrildi. Əvvəl də siyasi cəhətdən multikultural cəhdlər edilirdi. Azərbaycan Demokratik Respublikası dövründə multikulturalizmlə bağlı bəzi qərarlar da qəbul edilmişdi. Amma bu, pərakəndə şəkildə idi. 
Müstəqillik illərində Prezident Heydər Əliyev həm Konstitusiyanın ayrı-ayrı bəndlərində, həm də ayrıca sənədlərdə sistemli şəkildə multikultural siyasətlə, yəni, Azərbaycanda yaşayan başqa xalqların taleyi, tarixi, mədəniyyəti, dili, mənəviyyatı ilə bağlı bir-birini tamamlayan qanunlar və sərəncamlar imzaladı, onların həyata keçməsinə nail oldu. Ulu Öndərin gərgin əməyi sayəsində ərsəyə gəlmiş 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Konstitusiyamızda da bu ənənələr gözlənilmişdir - 18-ci maddəsində deyilir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”; 48-ci maddəsinə görə, “hər bir vətəndaş dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimləri azad yerinə yetirmək hüququna malikdir”.
Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların maddi rifahının, iqtisadi-təsərrüfat durumunun yaxşılaşdırılması ilə bağlı qəbul edilən  qərarlar da, icra edilən layihələr də, əlbəttə ki, ulu öndərin böyük siyasi fəaliyyətinin nəticəsi idi və daim onun diqqət mərkəzində dururdu. Eyni zamanda, bu sistemli fəaliyyət həmin bölgələrdə yaşayan müxtəlif xalqların, bütövlükdə azərbaycanlıların həyat tərzinin, mənəvi həyatının yaxşılaşdırılmasına xidmət edirdi.
Ümummilli Liderin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin irsi yaşadır. Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün yüksək səviyyədə, ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqları ilə son 10 il ərzində ölkədə yüzlərlə məscid inşa olunub, çoxu təmir, əsaslı bərpa edilib. Hazırda ölkədə 2 mindən artıq məscid fəaliyyət göstərir. Bununla yanaşı onlarla azsaylı xalqların nümayəndələrinin yaşadığı Azərbaycanda kilsə, sinaqoq fəaliyyət göstərir.

Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsaində, milli-mənəvi dəyərlərimizin təbliğində birinci virse prezident Mehriban xanım Əliyevianın da misilsiz xidmələri var. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunaladan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. O xalqlar arasında dostluq münasibətlərin, qarşılıqlı yardımlama və təçrübə mübadiləsinin vacibliyini daima vurğulayıb. Azərbaycanın zəngin tolerantlıq ənənələrinə diqqər çəkən Mehriban xanım Əliyeva ölkəmizdə yaşayan xalqların öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqatlarını süərbəst yerinə yetirmək, tarixən mövcud olmuş tolerantlıq mühiti barəsində fikirlərini bölüşdürərkən deyib: "Xalqlar arasındakı ənənəvi dostluq və qarşılıqlı müqnasibətlərin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir. Və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına cevrilib. Ölkəmizdə yaşayan xalqlara öz milli dəyərlərini, dini etiqadını  adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilib. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq əsas insan hüquq və azadlıqlarına malikdirlər".
Onun sözlərinə görə, Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşir, Asiya ilə Avropa arasında körpüdür və bu amillər mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”,- deyən Mehriban Əliyeva bildirib ki, bu gün Azərbaycanda məscidlər, kilsələr və sinaqoqlar fəaliyyət göstərir və ölkəmizdə bütün dini azadlıqlar təmin edilib. Vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malikdirlər, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib. Mehriban Əliyeva qeyd edib ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, tolerantlığın, multikulturalizmin alternativi yoxdur. Onun sözlərinə görə, Azərbaycanda sosial problemlər uğurla həll olunur, təhsil sektorunun inkişafına xüsusi diqqət göstərilir və bu da özlüyündə cəmiyyətdə radikal meyillərin yaranmamasına şərait yaradır. " Biz açıq ölkəyik və bizim iqtisadi, sosial nailiyyətlərimiz hamıya məlumdur. Əlbəttə ki, biz belə bir sürətli tərəqqi ilə çox qürur duyuruq. Biz iqtisadiyyatın əhəmiyyətli şəkildə transformasiyasına nail ola və onun dünya iqtisadi sisteminə inteqrasiyasını təmin edə bildik. Biz ictimai həyatın bütün səviyyələrində səmərəli idarəetmə sistemini qura bildik. Elm, mədəniyyət və təhsil sahələrində islahatlar həyata keçirilmişdir. Biz xalqımızın zəngin insan potensialına arxalanaraq bütün bu işləri görməyi bacardıq".
 “Biz dünyaya çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür”,- deyən Mehriban Əliyeva Azərbaycanın bu təcrübəsinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini vurğulayıb. "Qururverici fakdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi olunur və  və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. 
Azərbaycanın birinci virse-prezidenti Mehriban Əliyeva  bildirib ki, bu, Azərbaycan üçün şərəfdir. Onun sözlərinə görə, qədim diyar olmaqla yanaşı, Azərbaycan, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının ən gənc üzvlərindən biridir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə verib. Müsəlman ölkəsi olan Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombaları bərpa edilib. Fransanın müxtəlif regionlarında bir neçə qədim kilsə bərpa olunub. Bunun ölkəmizin tolerant dəyərlərə bağlılığından irəli gəldiyini qeyd edən birinci xanım deyib:  "Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Mütərəqqi dünyada demokratiyanın vacib sütunu kimi qəbul edilmiş dini və etnik tolerantlıq Azərbaycan cəmiyyətində normaya çevrilib. Qürur hissi ilə bəyan etmək istəyirəm ki, tarixən bizdə milli və dini zəmində ayrı-seçkilik və düşmənçilik halları heç vaxt baş qaldırmayıb. İnsanlarımızın əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə xristian, yəhudi və digər dinlər də təmsil olunub". Mehriban Əliyeva bildirdi ki, Azərbaycan gələcəyə nikbinliklə baxır, çünki ölkəmizdə insan potensialına inanırlar. 

 

Xəbər xətti