Azərbaycan ağır atletika yığmasının heyəti açıqlanıb

Martın 9-da İranın Əhvaz şəhərində start götürəcək 2-ci Beynəlxalq Fəcr Kuboku üçün Azərbaycan ağırlıqqaldırma yığmasının heyəti açıqlanıb. "Report"un Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə ölkənin 7 çəki dərəcəsi üzrə 8 idmançısı mübarizə aparacaq. Yarışda Azərbaycan milli komandasını Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) təmsil edəcəklər. Qeyd edək ki, Fəcr Kuboku martın 14-dək davam edəcək.

Tarix
2 Mart 2017 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2017-03-02 11:06:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin