İsrail alimlərindən mühüm texnoloji kəşf

11:33 - 25 Fevral 2017 - MARAQLI

İsrailin Ben-Qurion Universiteti mühüm texnoloji yeniliyə imza atıb. İKT.lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, universitet internetə bağlı olmayan kompüterdən məlumatları götürməyə imkan verən texnologiya işləyib hazırlayıb. Belə ki, xüsusi proqram təminatı və pilotsuz uçuş aparatına quraşdırılan xüsusi kamera vasitəsilə internet bağlantısı olmayan kompüterdən məlumatları götürmək mümkün olub.
Mütəxəssislər bildirir ki, bu üsulla kompüterlərin sabit disklərinin indikatorları vasitəsilə informasiyalar ələ keçirilir. Bu üsulla həyata keçirilən informasiya oğurluğundan xəbər tutmaq qeyri-mümkündür.

Xəbər xətti