“İğdırdakı qəzada ölənlərdən 5-i Azərbaycan vətəndaşıdır”

14:25 - 20 Fevral 2017 - Xəbər

 “İğdırdakı qəzada ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır”. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib.
O qeyd edib ki, qəzada ümumilikdə 28 nəfər xəsarət alıb: “Qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdirilib”.

***

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
<span style="\\&quot;line-height:" 1.6em;\\"="">Onun sözlərinə görə, hazırda Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır.

 
 saat 12.59
 
Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İqdır rayonunun Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.
İqdır Valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.
 Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.

Xəbər xətti