Bu gün Premyer Liqada 19-cu tura yekun vurulacaq

10:43 - 19 Fevral 2017 - İDMAN

Bu gün Topaz Premyer Liqada 19-cu tura 2 oyunla yekun vurulacaq. Günün ilk oyunu "Sumqayıt" və AZAL arasında keçiriləcək.
 Qəbələdə isə çempionluğa iddialı 2 komanda üz-üzə gələcək. "Qəbələ" - "Qarabağ" matçını 6 xallıq oyun kimi də dəyərləndirmək olar.
Meydan sahibləri 3 xal qazanacaqları halda, "Qarabağ"la xalları bərabərləşdirərək şəxsi oyunlardakı üstünlük sayəsində lider olacaqlar. Ağdam klubu isə çətin səfərdən 3 xalla dönsə, çempionluq yolunda mühüm addım atmış olacaq. 


19 fevral (bazar)

15:30.“Sumqayıt” - AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
"Kapita Bank Arena"

17:30.“Qəbələ” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu


18 fevral (şənbə)

“Neftçi” – “Kəpəz” - 0:0 
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu

"İnter” – “Zirə” - 1:1 
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena"

Xəbər xətti