Sabaha olan hava məlumatı açıqlanıb

12:14 - 18 Fevral 2017 - ÖLKƏ İÇİ

Fevralın 19-da ölkə ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə isə zəif duman olacağı gözlənilir.
Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-9° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 5-7° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-10° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. 

Xəbər xətti