"Real Madrid"in prezidenti Florentino Peres vəzifəsini tərk etməyə hazırlaşır

 İspaniyanın "Real Madrid" futbol klubunun prezidenti Florentino Peres postunu təhvil verməyə hazırlaşır.
"Report"un "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, 69 yaşlı funksioner həddindən artıq yorğun olduğu üçün özünə və ailəsinə vaxt ayırmaq istəyir.
F.Peres vəzifəsindən gedəcəyini elan edəcəyi halda, onu kimin əvəzləyəcəyinə dair məlumat verilmir.
Qeyd edək ki, bu, Florenino Peresin "Real Madrid"də 2-ci prezidentlik dönəmidir. O, 2006 - 2009-cu illərdə də "kral klubu"na rəhbərlik edib. Luiş Fiqu, Zindedin Zidan, Fabio Kannavaro, Devid Bekhem, Ronaldo Luis Nazario, Kriştianu Ronaldu, Kaka kimi ulduz futbolçuları transfer edən 69 yaşlı iş adamı xeyli sayda kubok da görüb. "Real Madrid" onun rəhbərliyi altında 5 dəfə İspaniya çempionu olub, 2 dəfə ölkə kuboku, 4 dəfə İspaniya Super Kuboku və 3 dəfə Çempionlar Liqasını qazanıb.  

Tarix
17 Fevral [15:09]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Azərbaycan - Şimali İrlandiya oyununun stadionu dəyişdirilib

Messi qol vurdu, Ronaldo hirsləndi- VİDEO

Baş məşqçi: ““Barselona” tarixinin bir hissəsini Messiyə borcludur”

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək

Elxan Məmmədov Avropa çempionu oldu

AFFA prezidenti: "Gələn mövsüm Premyer Liqada neçə komandanın iştirak edəcəyinə hələ qərar verilməyib"

Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Püşk atıldı: “Yuventus”- “Monako”, “Real” - “Atletiko”

FIFA "Qarabağ"ı təbrik edib

Gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.