Almeyda: "Bütün rəqiblərə eyni gözlə baxırıq"

17:42 - 16 Fevral 2017 - İDMAN

"Qarabağ" klubunun yarımmüdafiəçisi Riçard Almeyda "Qəbələ" ilə oyunöncəsi fikirlərini bildirib. Ucnoqta.az klubun sosial şəbədəki səhifəsinə istinadən xəbər verir ki, braziliyalı oyunçu heç bir rəqib arasında fərq qoymadıqlarını deyib: "Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki bizim baş məşqçimizin bizdən tələbi odur ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq". 

Xəbər xətti