Kriştianu Ronaldu və Anjelina Juli suriyalı ailənin faciəsini əks etdirən türk serialına çəkiləcəklər

İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu və Amerika aktrisası, kinorejissor, ssenarist, BMT-nin xoşməramlı səfiri Anjelina Juli türk serialına çəkiləcəklər. "Report" xəbər verir ki, bu barədə "Milliyyet.com" məlumat yayıb. Xəbərdə bildirilir ki, suriyalı bir ailənin yaşadığı dramı əks etdirəcək "Həyat körpüsü" adlı serialda Kriştianu Ronaldu, Anjelina Juli, Nensi Ajram kimi dünya şöhrətli sənətçi, idmançılar da rol oynayacaq. Qaziantepdə çəkilişləri başlayan film Latın Amerikası və Yaxın Şərq ölkələrində nümayış etdiriləcək. Filmin yaradıcı heyəti ölkəsindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin faciəsini əks etdirəcək filmdə rol oynamaq üçün dünyanın bir sıra məşhur aktyorları ilə danışıqlar aparıb. Serialın rejissoru Eyüp Dirlik serialın ilk çəkilişlərinin aprelin birinci həftəsində başlayacağını, hazırda epizodik səhnələrin çəkildiyini bildirib. O, ekran əsərinin süjet xəttinin real hadisələrə əsaslandığını qeyd edib. Serialda həmçinin Türkiyənin də bir sıra məşhur aktyorları müxtəlif obrazları canlandıracaqlar.

Tarix
16 Fevral [10:06]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Oksana ilə keçmiş həyat yoldaşı Elşad filmdə öpüşdü - VİDEO

“CinemaPlus”da Novruz bayramı festivalı keçirilib

Boşanan aparıcı üçü ilə birgə yatağa girdi - VİDEO

O, yataqdan olan videosunu özü sosial şəbəkədə paylaşıb

“CinemaPlus”da Unudulmaz Ulduzlu Gecə

21 yaşlı model pula görə soyundu - FOTOLAR

Kök model bədənini nümayiş etdirdi - FOTOLAR

Tolqahan və Almeda İstanbulda toy edəcək? - FOTO

Kənandan Fərda ilə Müşfiqin ünvanına AĞIR SÖZLƏR - QALMAQAL

Kənandan Fərda ilə Müşfiqin ünvanına AĞIR SÖZLƏR - QALMAQAL

Evlilik verilişlərinin taleyi ilə bağlı GÖRÜŞ

Əməkdar artist baba oldu - FOTO

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.