Ana səhifə
15 Noyabr 2018

“Könüllülər hərəkatı fotoqrafların gözü ilə" I Ümumrespublika açıq foto sərgisi keçiriləcək

8 fevral 2017-ci il tarixində, saat 14.30-da 2 saylı (AMAY) Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I Ümumrespublika açıq foto sərgisi” keçiriləcək. “ASAN Könüllüləri” Təşkilatının mətbuat xidmətindən Ucnoqta,az-a daxil olan məlumata görə, sərginin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən dəstəklənən Azərbaycan könüllülər hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələri fotoqrafların obyektivindən ictimaiyyətə nümayiş etdirməkdir. 

Foto sərgidə fotoqraflar Emin Əlizadə, Elnur Abdulla, Elburus Musayev, Bağman Piriyev, İlkin Salifov, Nurlan Tahirli, Ayaz Mikayılzadı, Pəri Arifqızı, Süleyman Süleymanlı, Tural Cəfərov, Vüqar İbadov, Elmar Əzimli, Ramid Vahidoğlu, Elxan Qəniyev, Ceyhun Rəhimov, İlqar Məmmədov tərəfindən çəkilmiş 34 fotoşəkil nümayiş etdiriləcəkdir. Könüllü hərəkatına həsr edilmiş və ilk dəfə keçirlən fotosərgi təkcə ASAN Könüllülərinin fəaliyyəti ilə məhdudlaşmır.

Fotosərgidə eyni zamanda Formula 1, Eurovision, Beynəlxalq Bakı Şahmat Olimpiadası, BAKI 2015 İlk Avropa Oyunları könüllülərinin fotoları nümayiş olunacaq.
 
Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən, könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədi ilə Dr. 

Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının da imza günü keçiriləcək. Bu kitabın satışından əldə edilən vəsait könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına müraciət edən aztəminatlı ailələrin övladlarının məktublarındakı arzuların reallaşdırılmasına yönəldiləcək. 

Qeyd edək ki, sərgi 2 saylı “ASAN xidmət” mərkəzində 1 ay davam edəcəkdir. Daha sonra isə fotoqrafların könüllülərə həsr etdiyi müvafiq fotolar müxtəlif “ASAN xidmət” mərkəzlərinə hədiyyə olunacaq. 

Sərgidə iştirak etmiş fotoqraflar “ASAN Könüllüləri” Təşkilatının və Azərbaycan Fotoqrafları Birliyinin müvafiq diplomları ilə mükafatlandırılacaq.
 
Gələcəkdə “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi KİV fotoqraflarının iştirakı ilə könüllülük hərkatına həsr edilmiş daha böyük növbəti fotosərgilərin keçirilməsini planlaşdırılır. 

Sərgi bütün vətəndaşlar üçün açıqdır.

Tarix
5 Fevral 2017 [23:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin