“Rusiya Krımı qaytarmasa sanksiyalar ləğv edilməyəcək” - ABŞ

11:24 - 3 Fevral 2017 - DÜNYA

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar rəsmi Moskva Krımı Ukraynaya qaytarana kimi qüvvədə olacaq.“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Xeyli Təhlükəsizlik Şurasındakı ilk çıxışı zamanı deyib:
“Bizim Krımla bağlı sanksiyalarımız Rusiya Ukraynaya məxsus yarımadanı geri qaytarmayana kimi davam edəcək. Ukrayna xalqı öz ölkəsinin gələcəyini həll etməlidir”.
İclasında sonunda Rusiyanın BMT-dəki daimi nümayəndəsi ABŞ səfirinin sözlərini təsdiqləyən Böyük Britaniya nümayəndəsinə müraciət edib:
“Siz də Folklend adalarını, Cəbəllütariq boğazını qaytarın, işğal etdiyiniz Kiprin bir hissəsini qaytarın, böyük hərbi bazaya çevirdiyiniz Hind okeanındakı Çaqos arxipelaqını qaytarın. O zaman sizin vicdanınız bəlkə, bir az təmiz olacaq və digər məsələlərdə mühakimə edə bilərsiniz”.

Xəbər xətti