Naza namizəd olan Röyal Zaurun verilişində evlənibmiş- VİDEO

15:54 - 1 Fevral 2017 - MAQAZİN

Xəbər verdiyimiz kimi, ötən gün Röyal adlı azərbaycanlı oğlan “Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişinə qatılıb və Naza namizəd olub.Ucnoqta.az-ın axşam.az-a istinadən məlumatına görə, Röyal Nazdan “yox” cavabını alıb.
Röyal Məmmədov Azərbaycan da evlilik verilişinə qatılanlardan biri olub. Belə ki, o, illər əvvəl Zaur Baxşəliyevin ATV-də yayımlanan “Onun yarısı” proqramında iştirak edib. Həmin proqramda Röyal Aytən adlı danışma qüsuru olan xanımla ailə qurmuşdu. 
Əldə etdiyimiz məlumata görə, Röyal bir neçə il əvvəl Aytəndən boşanıb. İki ildir İstanbulda yaşayır.

Xəbər xətti