Əflatun Amaşov: “İnternet medianın hüquqi statusu müəyyənləşdirilməlidir”

13:46 - 1 Fevral 2017 - MEDİA

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov internet medianın problemlərindən danışıb: "Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.

Xəbər xətti