Zaqatalada 3 otaqlı evdə yanğın olub

10:46 - 29 Yanvar 2017 - HADİSƏ

Zaqatala rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmuş xəbərə görə, rayonun Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti