Rahidə Baxışova: "Bu il mənim ilim olacaq" - FOTO

13:15 - 24 Yanvar 2017 - MAQAZİN

Azərbaycanlı müğənni Rahidə Baxışova yaradıcılığında yenilik edib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, söz və musiqisi bəstəkar-müğənni Zülfi Bədəlova, aranjimanı Elvin Musayevə məxsus “Kül oldum” adlı bəstəni oxuyub: “Heç kimə sirr deyil ki, uzun illər sənətdən ayrı düşmüşdüm. Yenidən sənətə qayıtdığım zaman bir çox bəstəkar dostlarım mənə dəstək oldular. Yeni mahnılar mənə təklif etdilər. Onlardan birini də bu gün təqdim edirəm. Düşünürəm ki, 2017-ci ildə təqdim etdiyim ilk mahnı mənə düşərli olacaq. Məhz bu bəstə üçün fotosessiya da etdirdim. Hər zaman qalmaqaldan, söz-söhbətdən uzaq öz sənətimi təqdim etmişəm. Bundan sonra da belə olacaq. Bu il mənim ilim olacaq. Çünki sürpriz bir layihə üzərində işləyirəm”. 


Xəbər xətti