Aviauçuşların təhlükəsizliyinə dair proqram hazırlanacaq - Azərbaycanda

14:56 - 19 Yanvar 2017 - ÖLKƏ İÇİ

"Aviasiya haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsinin bugünki iclasında müzakirə olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib ki, dəyişikliyə beynəlxalq təşkilatların tələbləri əsasında başlanılıb. Bu, əsasən Çikaqo Konvensiyasının tələblərinin daxili normativ aktlarda öz əksini tapması ilə bağlıdır. Dəyişikliklə, uçuşların təhlükəsizliyi proqramı hazırlanmalı və qanunda öz əksini tapmalıdır.

O bildirib ki, hazırda uçuşların təhlükəsizliyi ilə bağlı Adminstrasiyanın uçuşlar haqqında qaydaları var və yeni proqram hazırlanmasında həmin qaydalardan istifadə olunacaq və həmin qaydalar proqram formasına salınacaq. A.Məmmədov qeyd edib ki, həmin proqramda heyət üzrlərinin səhvlərindən baş verən hadisələrin olmaması üçün müəyyən özəl sistemin yaradılması da nəzərdə tutulur. Bir sözlə, Adminstrasiyanın qərarları yetərli deyil, dövlət qanununda əks olunmalıdır. Ona görə də bu dəyişiklik vacibdir. Onun sözlərinə görə, dəyişiklik uçuşların standartlara uyğunluq faizinin artırılmasına imkan verəcək.

O həmçinin yaxın zamanda struktur dəyişikliklərinin də olacağını qeyd edib.

Xəbər xətti