“Metropark”da ayağı eskalatora ilişən 6 yaşlı qızın barmağı qopub

11:48 - 26 Dekabr 2016 - HADİSƏ

 Bakı şəhəri, Nərimanov rayonunda yeləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib. Nərimanov Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti