Gənc qadını maşın vurdu - Bakının mərkəzində

12:00 - 23 Dekabr 2016 - HADİSƏ

Gecə saatlarında Bakının Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində yolu keçmək istəyən 34 yaşlı Xəyalə İmanəli qızı Kərimovanı avtomobil vurub.
Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya özü çatdırıb. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.

Xəbər xətti