Türkiyədə qətlə yetirilən Rusiya səfirinin nəşi Moskvaya gətirilib

23:18 - 20 Dekabr 2016 - DÜNYA

Dekabrın 19-u Ankarada silahlı hücum nəticəsində qətlə yetirilən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun nəşini gətirən xüsusi təyyarə Moskvanın "Vnukovo" hava limanında eniş edib."Report" xəbər verir ki, hava gəmisinin göyərtəsində mərhumun həkim və psixoloq ilə müşayiət olunan həyat yoldaşı da var.

Hadisə ötən gün Ankarada keçirilən fotosərgi zamanı baş verib. Səfiri qətlə yetirən şəxs polis olub. Rəsmi Moskva hadisəni terror aktı kimi qiymətləndirib.

Xəbər xətti