Goranboyda "VAZ-2107" ilə traktor toqquşub, xəsarət alan var

14:02 - 17 Dekabr 2016 - HADİSƏ

Goranboy rayonunda yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. 
Belə ki, kənd sakini Əli Bağırov idarə etdiyi "VAZ-2107" minik avtomobili traktorla toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti