Nazir müavini: "Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb"

11:07 - 16 Dekabr 2016 - ÖLKƏ İÇİ

“Azərbaycana gələn turistlərin sayında ötən illə müqayisədə 11 faiz artım müşahidə olunur. Biz bunun artacağını ümid edirik”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

O bildirib ki, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 33 dəfə, ümumilikdə isə ərəb ölkələrindən gələnlərin sayında 8 dəfə artım müşahidə olunub.

Nazir müavini əlavə edib ki, ASAN Vizanın tətbiqindən sonra turistlərin sayında artım müşahidə olunacaq.

Xəbər xətti