Azərbaycan UEFA reytinqində gerilədi

13:07 - 9 Dekabr 2016 - İDMAN

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsinin  son turunun oyunlarından  sonra siyahıda müəyyən  dəyişikliklər olub.Azərbaycan 17.750 xalla 1 pillə geriləyərək 26-cı pillədə yer alıb.“Qarabağ”ın evdə “Fiorentina”ya 1:2, “Qəbələ”nin səfərdə “Maynts”a 0:2 hesabı ilə uduzması nəticəsində xal hesabımız dəyişməyib.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 98.284 xal. Almaniya (76.498) ikinci, İngiltərə (72,391) üçüncü pillədə yer alıb.

Xəbər xətti