Avtobus gölə düşdü: 18 ölü, 2 yaralı

11:45 - 2 Dekabr 2016 - HADİSƏ

Çinin Xubey əyalətində sərnişin avtobusu gölə düşüb. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza səhər saatlarında Eçjou şəhəri yaxınlığında baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində 18 nəfər ölüb, 2 nəfər yaralanıb. Avtobusun sürücüsü barəsində araşdırmaya başlanıb.

Polis qəzanın səbəblərini araşdırır.

Xəbər xətti